Baş xəbər, İqtisadiyyat
14.12.2018 / 15:50

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib/ FOTO

 Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib/
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən dekabrın 14-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib.

Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, qəbul cədvəlinə müvafiq olaraq Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarından olan vətəndaşların da müraciətləri dinlənilib.Səsləndirilən fərdi müraciətlər əsasən, daşınmaz əmlakların qeydiyyata alınması, torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi ilə bağlı olub.

Dövlət əmlaklarının özəlləşdirilməsi və icarəyə götürülməsi, hərraclarda iştirakməsələləri də müraciətlərə aiddir.

Struktur bölmələrin rəhbərlərinin də iştirak etdiyi qəbulda hər bir vətəndaş müraciətini diqqətlə dinləyənkomitə sədri məsələlərin qanunvericiliyə uyğun olaraq həll olunması üçün tapşırıqlarını verib. Müraciətlərdən bir qismi yerindəcə müsbət həllini tapıb. Bəzi araşdırılma tələb edən məsələlər nəzarətə götürülüb. Komitənin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara ötürülməsi üçün qeydiyyata alınıb.

Fəaliyyətdə tətbiq olunan yeniliklərdən danışan komitə sədri ünvan məsələləri ilə bağlı bütün məlumatların daxil edildiyi yeni virtual mənbə olan Ünvan Portalının imkanları barədə məlumat verib. Bildirib ki, yaradılan innovativ platformanın məlumat bazası Ünvan Reyestri İnformasiya Sistemidir.

Vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslərin istifadəsinə verilənportalın üstünlüklərindən biri də burada yeni ünvanlarla bərabər, köhnə ünvanların da yerləşdirilməsidir.

Funksional elektron mənbə obyektin giriş ünvanı, yerləşdiyi küçə, sərhəd və parselləri ilə bağlı məlumat verməklə yanaşı, istifadəçinin olduğu yerdən getmək istədiyi obyektə qədər məsafəni dəmüəyyən edir.

Müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına xidmət edənTorpaqların Elektron Kadastr Uçotu İnformasiyaSistemi ilə bağlı görülən işlər isə davam etdirilir. Belə ki, kadastr işlərinin yekunlaşdığı 30-a yaxınrayonda daşınmaz əmlak obyektləri,kommunikasiya xətləri, mühafizə zonaları, torpaqların sahə və ölçüləri, təyinatı, kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı dəqiq məlumatlar əldə olunub.

Bu məlumat bazası ilə daha müasir formada torpaq idarəçiliyini təşkil etmək və kateqoriyasına uyğun istifadəyə nəzarət etmək mümkündür.

Qəbul zamanı komitə sədri Kərəm Həsənov göstərilən xidmətlərdə şəffaflığın və operativliyin təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib.

Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

 Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib/


 Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib/




İnform.az








Baxış sayı: 199