Maqazin
14.12.2018 / 15:40

Sibel Can Ruhi Əliyevanı evində qonaq edib

Sibel Can Ruhi Əliyevanı evində qonaq edibAzərbaycanlı məşhur iş xanımı Ruhi Əliyeva Türkiyədə tanınmış müğənni Sibel Canla görüşüb.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, Ruhi Əliyevanın rəhbərlik etdiyi “Liatris Holdinq” sevilən türk müğənnisinin Bakıda keçiriləcək konsertinə sponsorluq edəcək.

Bu barədə Ruhi Əliyeva öz “Instagram” səhifəsində məlumat yayıb:

“Xoş gördük, dəyərli izləyicilərim. Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər edib, Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşdüm. Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi. Xeyli söhbət etdik.

Konsert üçün onu seçməyimizdən çox məmnun olub, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağızdolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. “Liatris Holding”in təşkilatçılığı ilə 2019-cu ilin 8 martında Bakıda məşhur türk müğənnisi Sibel Canın konsert proqramı baş tutacaq!

Ətraflı detallar barədə yaxın günlərin birində məlumat verəcəyik. Əminəm ki, elə indidən sibelsevərlər konsertin baş tutmasını səbirsizliklə gözləyirlər. Hamınıza Sevgilərlə!”

Qeyd edək ki, Ruhi Əliyeva məşhur türk müğənnisi Sılanın da Bakıdakı konsertinə sponsorluq edib.


İnform.az



Baxış sayı: 217