Elm-təhsil
14.12.2018 / 15:15

Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib/ FOTO

Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib/
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiricənab Hüsnan Bəy Fananinin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşütəşkil olunub.
Tədbirdə Aİİ-nin rəhbərliyi, müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.


İnstitutun rektoru Ceyhun Məmmədov cənab Hüsnan Bəy Fanani və görüş iştirakçılarını salamlayaraq, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Aİİ-nin Mətbut xidmətindən İnform.az-a verilən məlumata görə, rektor Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışaraq, bu siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib.C.Məmmədov qeyd edib ki, Aİİ tələbələrinə diplomatlarla birbaşa ünsiyyət yaratmaq bacarığı, Azərbaycanın xarici əlaqələri və digəramillər haqqında daha ətraflı məlumat əldə etmək imkanı yaratmaq məqsədi ilə "Səfir saatı” layihəsi çərçivəsində Azərbaycandakı səfirliklərlə əməkdaşlıq qurur.

İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiricənab Hüsnan Bəy FananiAzərbaycan-İndoneziya münasibətlərini şərh edib, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Tələbələr qarşısında çıxış edən Hüsnan Bəy Fanani Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu vurğulayıb.

Diplomat İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində Azərbaycanın ədalətli mövqeyini –ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etdiyini söyləyib.

Mədəni və mental dəyərlər baxımından iki ölkə xalqı arasında oxşarlıq olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb. Səfir əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziya haqqında tələbələrə geniş məlumat verib.

Sonda səfir musiqinin müşayiəti ilə İndoneziya milli nəğmələrini və dünyaca məşhur Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.

Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib/


Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib/


Aİİ-nin “Səfir saatı” layihəsi çərçivəsində İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib/




İnform.az

Baxış sayı: 204