Türk dünyası, Baş xəbər
14.12.2018 / 10:42

Gözlənilən gün GƏLİB ÇATDI- Türkiyə ordusu.../Foto

Gözlənilən gün GƏLİB ÇATDI-Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın şimalında 550 kilometrlik sərhəd xəttini işğal edən PKK terror təşkilatına qarşı hərəkat üçün dəqiqələri saymağa başlayıb.

İnform.az publika.az-a istinadən xəbər verir ki, hərəkatda prioritet məsələ Təl-Əbyad, Rəsul Əyn və Əyn əl-Ərəb şəhərlərinin işğaldan azad edilməsi olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri qəfil vuruşlarla yox ediləcək.

Suriya Milli Ordusu (SMO) Türkiyənin Fəratın şərqində aparacağı əməliyyat üçün 15 min əsgərini dəstək verməyə hazır olduğunu açıqlayıb. Azad Suriya Ordusunun da tərkibində olduğu SMO Türkiyədən gələn əməliyyatın başlanması siqnalını gözləyir.

Daha öncə “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatları ilə terror mərkəzinə çevrilən bölgələri işğaldan azad edən TSQ və ASO-nun 3-cü birgə əməliyyatı Suriya vətəndaş müharibəsi və İŞİD aparatından istifadə edərək PKK-ya yer açan ABŞ və dəstəkçilərinə 550 kilometrlik sərhəd xəttində ən böyük zərbə olacaq. Fəratın şərqində keçiriləcək əməliyyatların dəqiqləşməsi PKK/PYD cəbhəsində təşviş yaradıb. Prezident Rəcəb Tayyib Ərdoğanın “əməliyyat başlayır” siqnalından sonra hərəkətə keçən PKK dəstəkçiləri Deyr-əz-Zor, Rakka, Əyn İsa və Təl-Abyadda toplantılar təşkil edib. Toplantılarda Türkiyədən öncə hücuma keçmək barədə müzakirələr aparılıb. Bölgə xalqını təzyiqi altında saxlayan terrorçular xalqın Azad Suriya Ordusunda olan gənclərini geri çəkməsini tələb edir.

Terrorçular işğal bğlgələrində görüşdükləri dini liderlərə onlarla birlikdə Türkiyəyə qarşı savaşmalarını istəyir. Savaşmayanlar bölgədən qovulacaq. ABŞ-ın onlara müstəqil şimal federasiyası qurmaq üçün söz verdiyini bildirən PKK Türkiyəyə qarşı müharibədə onlara dəstək çıxanları gələcəkdə nazirlik, məmurluq, bələdiyyə sədrliyi kimi postlara təyin edəcək. Bununla yanaşı, iqtisadi sahələrdə də imtiyaz sahibi olacaqlar. Türkiyə bu həmləyə cavabsız qalmayıb. Bölgə xalqı ilə görüşlər keçirən türklər 80% xalqın dəstəyini alacaq. Ankaraya digər dəstək isə Suriya türkman və ərəb tayfa birliyindən gəlib. Hərəkatı sevinclə qarşılayan birlik Türkiyənin onları xilas edəcəyinə ümid bəslədiklərini deyib.

Hərəkat çərçivəsində ilk həmlə Təl-Əbyad, Rəsul Əyn və Əyn əl-Ərəb bölgələrinin xilası olacaq. Bu çərçivədə Afrindən başlayaraq Sacirə uzanan 60 kilometrlik xətt və Münbiç-Sacir cəbhəsi hədəf olacaq. 550 kilometrlik sərhəd xətti boyunca terrorçular kəskin atəş altında saxlanılacaq. TSQ “hazır olun” əmrini verdiyi anda 14 min ASO əsgəri təyin olunan mövqelərə hərəkət edəcək. Afrin, Kəştəyar, Tinnəb, Münbiç və Əyn əl-Ərəbdə bir çox PKK ərazisi gün içində atəş altında saxlanılıb. Sərhəd xəttindəki beton blokların qaldırılması quru əməliyyatları üçün gedən tank, zirehli maşınlar və hərbi heyətin keçidini asanlaşdırıb.

Mnübiç və Fərartın şərqinə hərəkat hazırlıqları davam edərkən dünən axşam terror yuvalarına havadan bombalar yağdırılıb. İraqın şimalında terrorçular tərəfindən baza kimi qurulan Sincar və Qaracaq dağı bölgələri F-16 qırıcıları ilə vurulub. Hava əməliyyatında terrorçulara aid düşərgə, sığınacaq, mağara, tunel və depolar yerlə-bir edilib.

Gözlənilən gün GƏLİB ÇATDI-




İnform.az

Baxış sayı: 186