Baş xəbər, İdman
14.12.2018 / 10:25

Kişilərdən ibarət milli komandaya yeni baş məşqçi təyin olunub

Kişilərdən ibarət milli komandaya yeni baş məşqçi təyin olunub
Bundan sonra karateçilərimizi türk mütəxəssis Bahəttin Kandaz çalışdıracaq.

Bu barədə İnform.az-a Federasiyanın Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov məlumat verib.

Məlumata görə, yeni baş məşqçini heyətə təqdim edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, qarşıya qoyulan məqsədələrə nail olmaq üçün ona uğurlar arzulayıb. Azərbaycan karateçiləri kimi dünyada tanınan milli komanda ilə çalışmağa dəvət olunuğundan şərəf duyduğunu ifadə edən B.Kandaz, Azərbaycan karatesinin dünyadakı imicini qorumağa və ona həvalə olunan bu məsuliyyətdi işdə böyük həvəslə çalışacağını, eləcə də hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini bildirib.

O, qarşıdakı fəaliyyət planı barədə qısa məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələrə səbəb olacağına inandığını söyləyib.

25 iyun, 1968-ci ildə Türkiyənin Girəsun şəhərində doğulan Bahəttin Kandaz, İstanbulda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1982-ci ildən karate ilə məşqul olan mütəxəssis, 20 illik idmançı karyerasında dünya və avropa çempionatlarının dəfələrlə mükafatçısı, həmçinin klublar arası dünya və avropa çempionu olub. 50 yaşlı mütəxəssis, 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb və 2014-cü ildə İsveçrənin Bazel şəhərinə klub məşqçisi kimi işləməyə dəvət olunub. Məşqilik dövründə bir neçə yetirməsi dünya və avropa çempionatlarının qalib və mükafatçısı olub.

B.Kandaz üç ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, bu yaxınlarda Azərbaycan milli komandasını çalışdırmaq təklifinə üstünlük verib. Böyük Britaniyada isə məsləhətçi kimi işləmək razılığına gəlib. Bahəttin Kandazın Azərbaycan milli komandası ilə ilk rəsmi yarışı, yanvarın ikinci yarısında Fransada ilin ən nüfuzlu Karate1 Premyer Liqa tirniri olacaq.




İnform.az

Baxış sayı: 190