Hüquq
13.12.2018 / 10:30

Kobud qayda pozuntuları törədən sürücülərə qarşı reydlər davam edir/ FOTO

Kobud qayda pozuntuları törədən sürücülərə qarşı reydlər davam edir/Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindənyol hərəkəti təhlükəsizliyinidaha da səmərəli təşkil etmək,sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrininsahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Sabunçu, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.

Kobud qayda pozuntuları törədən sürücülərə qarşı reydlər davam edir/


Kobud qayda pozuntuları törədən sürücülərə qarşı reydlər davam edir/


Kobud qayda pozuntuları törədən sürücülərə qarşı reydlər davam edir/




İnform.az

Baxış sayı: 165