İdman
13.12.2018 / 18:10

Penitensiar xidmətin əməkdaşları dünya kubokunun qalibləri olublar

Penitensiar xidmətin əməkdaşları dünya kubokunun qalibləri olublar
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları dəfələrlə bir çox nüfuzlu beynəlxalq idman yarışlarında uğurla çıxış edərək, qalib və mükafatçı olublar.

Bu yaxınlarda Xidmətin əməkdaşları ölkəmizdə keçirilmiş daha bir mötəbər beynəlxalq idman turnirində iştirak ediblər.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, 8-9 dekabr 2018-ci il tarixlərdə Bakı şəhərində Uşu Sanda döyüş idman növü üzrə keçirilmiş dünya kuboku yarışında Mühafizə alayının əməkdaşları ədliyyə kapitanı Məznuni Həbib Alim oğlu, ədliyyə çavuşu Şabanov İsrafil Məmməd oğlu, ədliyyə çavuşu Həsənzadə Rahib Rauf oğlu və ədliyyə çavuşu Əliyev Kamil Nurbala oğlu bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.



İnform.az





Baxış sayı: 217