Baş xəbər, İdman
13.12.2018 / 19:30

Prezident İlham Əliyev güləş ailəsinin üzvlərini təltif edib/ FOTO

Prezident İlham Əliyev güləş ailəsinin üzvlərini təltif edib/Bu gün Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev MOK-un inzibati binasında 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.

AGF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, ölkə başçısı güləş ailəsinin bir neçə üzvünü təltif edib. Azərbaycan Güləş Federasiyasının İdman şöbəsinin müdiri Yaqub Məmmədova və sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığmamızın məşqçisi Vahid Məmmədova Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adı verilib.

Həmçinin, bu il Avropa və dünya çempionu olan Eldəniz Əzizli və yeniyetmələr arasında olimpiya çempionu olan Turan Bayramovun şəxsi məşqçisi Abil İbrahimov mənzillə mükafatlandırılıb.

Prezident İlham Əliyev güləş ailəsinin üzvlərini təltif edib/


Prezident İlham Əliyev güləş ailəsinin üzvlərini təltif edib/


Prezident İlham Əliyev güləş ailəsinin üzvlərini təltif edib/





İnform.az

Baxış sayı: 242