Hüquq
13.12.2018 / 10:35

Qanunsuz ov edən şəxslər saxlanılıblar- Saatlıda

Qanunsuz ov edən şəxslər saxlanılıblar-Dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İnform.az-a verilən məlumata görə, Araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib. Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 223