Sağlamlıq
13.12.2018 / 11:45

Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/ FOTO

Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən epizootik sabitliyin qorunması və zoonozxəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir.

Cari ilin müvafiq dövrü ərzində Dövlət Baytarlıq Xidmətinin Neftçala Rayon Baytarlıq İdarəsi “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun heyvanlar arasında dabaq, nodulyardermatit, çiçək, leptospiroz, bruselyoz, nyukasl xəstəliyinə qarşı “H” vaksini və “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparılıb.

DBX-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində quşlar arsındaaskaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərinyayılmasının qarşısını almaq məqsədi ilə iribuynuzlu və xırdabuynuzlu heyvanlardan qan nümunələri alınaraq müayinə edilib.

Eləcə də törədici qoçlarda infeksion epidedimitə görə, iribuynuzlu heyvanlar vərəmə, təkdırnaqlı heyvanlar manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.

Rayonda epizootik sabitliyin qorunması və zoonozxəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mal-qara saxlanılan binaların, qış yataqlarının və heyvan bazarının dezinfeksiyası və dezinseksiyası da aparılıb.

Qışlamaya hazırlıq ilə əlaqədar Neftçalada olan “İnam” və “Vətən” heyvandarlıq təsərrüfatına baxış keçirilib, sahibkarlar tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra 600 kvadratmetr sahədə dezinfeksiya və dezinzeksiya tədbirləri icra edilib.

Qeyd edək ki, car ilin müvafiq dövrü ərzində Neftçala rayonunda 32605 kvadratmetr sahədə profilaktiki və 700 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb.

Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri Taarif Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş taarifə uyğun icra olunur.

Heyvanlar saxlanılan binalarda aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.

Dezinfeksiya və dezinseksiyaedici dərmanlar təlimata uyğun olaraq təhlükəsizlik qaydalarına ciddi riayət olunmaqla əraziyə tətbiq olunur.

Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.
Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri həyata keçirirlər.

Hazırda 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.

Hazırlıq işləri çərçivəsində baytarlıq preparatlarının “soyuq zəncir” rejiminə uyğun istifadəsi, yerlərə çatdırılması, epizootik və ambulatoriya kitablarda qeydiyyatın aparılmasına dair müvafiq tapşırıqlar verilib.

Eləcə də idarələr lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/


Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/


Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/


Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/


Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/


Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/


Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/


Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır/




İnform.az


Baxış sayı: 229