Sağlamlıq
13.12.2018 / 16:20

AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüblər/ FOTO

AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüblər/
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Növbəti belə tədbir 13 dekabrda Gəncədə keçirilib.

İnformasiya təminatı və innovativ həllər şöbəsindən İnform.az-a verilən məlumata görə, sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib.

Bundan əlavə, sahibkarlara qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu üçün səyyar xidmət göstərilib. 140 sahibkarın iştirak etdiyi tədbirdə qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış 27 sahibkarlıq subyektinə dövlət reyestrindən çıxarış verilib.

Tədbirdə bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılacaq vəonlarla sıx əməkdaşlıq ediləcək.

Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və istehsalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüblər/


AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüblər/


AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüblər/


AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüblər/




İnform.az





Baxış sayı: 177