Din
13.12.2018 / 15:00

Maarifləndirici tədbirlər davam edir/ FOTO

Maarifləndirici tədbirlər davam edir/
Dekabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Astara rayonu Kakalos kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Kakalos kənd məscidində tədbir keçirilib.

“Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Turan Həsənzadə, Emin Həmidli,Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və ruhuna dualar edilməsi başlanıb.

Tədbiri giriş sözü ilə açanKakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev çıxışında keçirilən layihənin milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliği, dini radikalizm və onun fəsadlarının ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini qeyd edib. H.İsayev Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi və dini dəyərlərimizin qorunmasında mühüm xidmətlər göstərdiyini bildirib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı müdrik xidmətlərini, mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün həyata keçirdiyi tədbirləri iştirakçıların diqqətinə çatdırıb.

Q.Məmmədov əlavə edib ki, ölkəmizdə tolerant və multikultural, həmrəylik və vəhdət kimi ülvi dəyərlərə söykənən dövlət-din münasibətlərinin banisi məhz Heydər Əliyevdir. Natiq əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətində gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların vətənpərvərlik və əsl vətəndaşlıq ruhunda formalaşması kimi məsələlərin əks olunduğunu vurğulayıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında vətənpərvərliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. T.Həsənzadə həmçinin Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Kakalos kənd tam orta məktəbinin müəllimi Cəmil Hüseynov və digərləri çıxışlarında milli-mənəvi və dini dəyərlərin qorunması sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici tədbirlər davam edir/


Maarifləndirici tədbirlər davam edir/


Maarifləndirici tədbirlər davam edir/




İnform.az

Baxış sayı: 232