Diaspora Akademiyası
12.12.2018 / 18:40

Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/ FOTO

Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/
Rusiya Federasiyasının Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Həştərxan vilayətinin qubernatoru Sergey Morozov, şəhər administrasiyasının rəhbəri Radik Xarisov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Heydər Atayev, Azərbaycan diasporunun, eləcə də digər xalqların diaspor nümayəndələrinin iştirak etdiyi anım mərasimi ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb.

Daha sonra tədbir Heydər Əliyev adına məktəbdə davam etdirilib.

Mərasim iştirakçıları ulu öndərin məktəbdəki büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin həyat və fəaliyyətinə aid kitablardan, fotoşəkillərdən ibarət şərgi ilə tanış olublar.

Dəyirmi masada davam edən tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub, məktəblilər Heydər Əliyevə aid şeirlər səsləndirib.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, Azərbaycan-Rusiya münasibətlərinə verdiyi önəm barədə fikirlər səslənib. Ulu öndərin Rusiyada, eləcə də Həştərxan vilayətində azərbaycanlıların təşkilatlanması istiqamətində əvəzsiz rolundan söhbət açılıb.

Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/


Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/


Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/


Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/


Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/


Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/


Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/


Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/


Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib/




İnform.az





Baxış sayı: 288