Sağlamlıq
12.12.2018 / 18:15

AQTA tərəfindən Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirilib/ FOTO

AQTA tərəfindən Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirilib/Azərbaycana xarici ölkələrdən idxal edilən yeyinti məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir.

Agentliyin mütəxəssisləri tərəfindən Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün də ekspertizaya cəlb edilməsi həyata keçirilib.

AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsindən İnform.az-a verilən məlumata görə, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

Laborator müayinələr nəticəsində məhsuldan götürülmüş nümunələrdə kif maya göbələyi aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsi tövsiyə olunub.

Odur ki, adıçəkilən məhsulun bir hissəsi termiki emaldan keçirilib və ondan təkrar nümunə götürülüb.

Təkrar müayinələr nəticəsində termiki emaldan sonra məhsulda kif maya göbələyi aşkarlanmayıb və quru üzümün normativ texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Kif maya göbələyi bakteriyalar kimi əlvərişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığı üçün təhlükə yaradır.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təminatı istiqamətində mütəmadi tədbirlər həyata keçirir və bu tədbirlər bundan sonra da davam etdiriləcək.

AQTA tərəfindən Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirilib/



İnform.az

Baxış sayı: 259