Elm-təhsil
12.12.2018 / 17:45

ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşüb/ FOTO

ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşüb/
Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan tələbələrin 67-ci Elmi-texniki konfransı çərçivəsində ölkəmizdə olan Vyetnamın “Vietsovpetro” şirkətinin neft-qaz üzrə direktoru Le Viyet Zunq və şirkətin texniki istehsalat şöbəsinin rəisi Le Danq Tam ilə görüşüb.

ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, keçmiş Azİİ (indiki ADNSU) məzunlarını salamlayan rektor, professor M.Babanlı hazırda universitetdə görülən işlərdən və yeni layihələrdən danışıb. Vyetnamla tələbə mübadiləsi sahəsində də yeniliklərin olduğunu deyən rektor M.Babanlı hazırda universitetdə 2 nəfər vyetnamlı tələbənin təhsil aldığını vurğulayıb.

Uzun illərdən sonra yenidən doğma təhsil ocağında olmaqdan qürur hissi keçirdiklərini deyən qonaqlar universitetdə gedən islahatları və müasir təhsil standartlarını bəyəndiklərini qeyd ediblər. Hazırda vyetnamlı gənclərin ADNSU-ya marağı olduğunu bildirən qonaqlar onların universitetə cəlb olunmasına dəstək göstərəcəklərini bildiriblər.

ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşüb/


ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşüb/


ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşüb/


ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşüb/


ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşüb/


ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşüb/



İnform.az


Baxış sayı: 162