İdman
12.12.2018 / 15:16

"İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək- KİV-nin nəzərinə

"İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək-Mükafatlandırma mərasimi Park İnn Mehmanxanasında 13 dekabr 2013-cu il tarixdə saat 15.30-da keçiriləcək.

Gənclə və İdman Nazirliyinin Mətbuat xidmətindən İnform.az-a veilən məlumata görə, 10-15 dekabr 2018-ci il tarixlərdə Bakıda "İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadası keçiriləcək.

Olimpiada Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

Olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın aşkar edilməsi, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, alim və tədqiqatçıların yeniyetmə və gənclərlə işə cəlb olunması, istedadlı yeniyetmələr arasında beynəlxalq əlaqələrin formalaşdırılması üçün şəraitin yaradılmasından ibarətdir.

Qeyd edək ki, 2013-cü ildən başlayaraq hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilmiş və həmin il Bakıda 8 ölkənin iştirakı ilə "İstedadların hazırlığı laboratoriyası" I Beynəlxalq Olimpiadası keçirilmişdir. İndiyədək bu elmi müsabiqəyə 13 mindən artıq azərbaycanlı yeniyetmə qatılmışdır.

II Beynəlxalq Olimpiadaya 9 xarici ölkədən - Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan iştirakçılar qatılacaqlar.

Beynəlxalq olimpiadada xarici iştirakçılarla yanaşı, cari ilin noyabr ayında "İstedadların hazırlığı laboratoriyası" VI Respublika Olimpiadasının onlayn turlarının qalibləri olan azərbaycanlı iştirakçılar da yarışacaqlar.

14-16 yaşlı yeniyetmələrin iştirak edəcəyi Olimpiada riyaziyyat, fizika və kimya fənnləri üzrə keçirilir. Hər üç fənnin nəticələrinə əsasən müəyyən edilən qaliblər qiymətli hədiyyələr, Olimpiadanın diplom və medalları ilə təltif olunacaqlar.

Olimpiadanın final turu dekabrın ayının 12-də baş tutacaq. Növbəti gün, dekabrın 13-də "İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.


İnform.az


Baxış sayı: 217