Türk dünyası
12.12.2018 / 12:25

Çavuşoğlu Azərbaycana səfər edəcək

Çavuşoğlu Azərbaycana səfər edəcəkTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

İnform.az-ın xəbərinə görə, bu barədə Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də baş tutacaq.

Nazirlikdən bildiriblər ki, iclas zamanı Azərbaycanın QDİƏT-ə sədrliyinin yekunları müzakirə olunacaq:

“Bundan başqa, iqtisadi əməkdaşlıq sahəsində gündəlikdə dayanan nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi məsələlər nəzərdən keçiriləcək”.



İnform.az

Baxış sayı: 159