Baş xəbər, Hüquq
11.12.2018 / 17:14

Ümummilli liderin əziz xatirəsi Penitensiar xidmətdə yad edilib

Ümummilli liderin əziz xatirəsi Penitensiar xidmətdə yad edilib
Azərbaycanın dövlətçilik tarixində müstəsna rolu olan ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Penitensiar xidmətin Baş idarəsində anım mərasimi keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, anım mərasimində ümummilli liderin keçdiyi şərəfli və mənalı ömür yolundan, çətin tarixi şəraitdə xilaskarlıq missiyasından, ölkədə dövlət çevrilişlərinin, mütəşəkkil cinayətkarlığın qarşısının alınmasında göstərdiyi fədakar xidmətlərindən, zəngin dövlətçilik irsindən ətraflı bəhs olunub, bu irsin xalqımız üçün əvəzsiz töhfə olduğu qeyd edilib.

Adı müstəqil Azərbaycan Respublikasının tarixinə xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi həkk olunmuş ulu öndərin memarı olduğu müstəqil Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişafı, respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlər xüsusilə vurğulanıb.

Tədbirdə çıxış edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında, onun siyasi, iqtisadi, eləcə də hüquqi əsaslarının möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin əvəzsiz rol oynadığını qeyd edib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin dərin siyasi zəkası, zəngin bilik və təcrübəsi, təkrarsız liderlik qabiliyyəti, həmçinin yüksək mənəvi keyfiyyətləri sayəsində Azərbaycanda dünyəvi dövlət qurulmuş və müstəqil vətəndaş cəmiyyəti bərqərar edilib.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.



İnform.az

Baxış sayı: 159