Elm-təhsil
11.12.2018 / 16:39

“Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”- Ceyhun Məmmədov/Foto

 “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”-Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirib.

Tədbirdə İnstitutun müəllim-tələbə heyəti, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov və digər qonaqlar iştirak ediblər.

İnstitutun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədəməruzə ilə çıxış edib.

C.Məmmədov Azərbaycanın çoxəsrlik salnaməsinintarixi qəhrəmanına çevrilmiş ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük hadisə olduğunu qeyd edib.

O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir.

Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır, dövlət tərəfindən dini qurumlara mütəmadi maliyyə vəsaiti ayrılır, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevabu sahəyə xüsusi diqqət göstərir.

Milli Məclisin deputatı Elman Nəsirov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub-saxlanılmasında misilsiz xidmətlərindən bəhs edərək, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söz açıb. O bildirib ki, Ulu Öndərin əsasını qoyduğu strateji inkişaf xətti Prezident cənab İlham Əliyevinrəhbərliyi ilə uğurla davam etdirilir.

Məruzəçi ulu öndər Heydər Əliyevin formalaşdırdığı və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, ölkəmizin milli maraqları və beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla, qonşu dövlətlər və dünya birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, respublikamızın enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya blokadasının aradan götürülməsi və işğalçıya qarşı beynəlxalq təzyiqin güclənməsi kimi məsələləri özündə ehtiva edən xarici siyasət strategiyası haqqında məlumat verib.

Tədbirin sonunda tələbələr ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

 “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”-


 “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”-


 “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”-


 “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”-




İnform.az



Baxış sayı: 200