İdman
11.12.2018 / 14:00

Velosipedçimiz Portuqaliyada üçüncü olublar/ FOTO

Velosipedçimiz Portuqaliyada üçüncü olublar/
Portuqaliyada trek velosipedi üzrə ənənəvi “Prova Internacional Municipo de Anadia” turnirinə yekun vurulub.

Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yarışı Azərbaycanın Elit yığma komandasının üzvü Sergey Omelçenko üçün uğurlu nəticə ilə yadda qalıb.

AzVİF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə,Keyrin növündə mübarizə aparan təmsilçimiz təsnifat yürüşünü inamla keçərək final mərhələsinə vəsiqə qazanıb. Həlledici yürüşdə İspaniya və Kanadanın 2, İtaliyanın isə 1 idmançısı ilə mübarizə aparan velosipedçimiz finiş xəttini 3-cü keçib və Anadia turnirinin bürünc medalına layiq görülüb.

İtaliyalı Francesko Sesi 1-ci, ispan Xose Moreno Sançes isə 2-ci olub.

Nüfuzlu yarışda əldə etdiyi bürünc medal Sergey Omelçenkoya həm də 160 reytinq xalı qazandırıb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, trek növündə yarışan velosipedçilər Yay Olimpiya Oyunlarına 2 il qalmış iştirak etdikləri yarışlarda reytinq xalları toplamaqla 4 illiyin zirvə yarışına lisenziya əldə edirlər.

Velosipedçimiz Portuqaliyada üçüncü olublar/


Velosipedçimiz Portuqaliyada üçüncü olublar/


Velosipedçimiz Portuqaliyada üçüncü olublar/




İnform.az


Baxış sayı: 140