Din
11.12.2018 / 13:00

QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/ FOTO

QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, akademik Teymur Bünyadov, professor Qəzənfər Paşayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, din xadimləri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan A.Paşazadə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün gördüyü işlərdən, dinə diqqət və qayğısından danışıb: "Heydər Əliyev Azərbaycana, dinimizə, milli dəyərlərimizə bağlı insan idi. Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı".

A.Paşazadə deyib ki, Heydər Əliyev Azərbaycanı dağılmaq, xəritədən silinmək təhlükəsindən xilas etdi:

"Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Lakin Heydər Əliyevin bizə ən böyük əmanəti onun irsinin və siyasətinin davamçısı İlham Əliyevdir”.

Daha sonra çıxış edən M.Qurbanlı Ulu Öndərin dinə, mənəvi dəyərlərə bağlılığından danışıb. O qeyd edib ki, Heydər Əliyev dini qaydalara çox ciddi əməl edirdi və başqalarına da bunu tövsiyə edirdi.

Tədbirdə çıxış edən akademik Teymur Bünyadov deyib ki, Heydər Əliyev Azərbaycan tarixi üçün əvəzedilməz bir şəxsiyyətdir: "Heydər Əliyev müstəqilliyimizin, dövlətçiliyimizin qurucusu, uzaqgörən, dahi bir şəxsiyyət idi və Azərbaycanın gələcəyini təmin etdi. Heydər Əliyev olmasa idi, bu gün Azərbaycan adlı dövlət olmazdı. Bu gün Heydər Əliyevin işi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbirdə iştirak edən digər iştirakçılar da Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və dövlətçilin möhkəmlənməsi, gələcək inkişafı üçün gördüyü işlərdən danışıblar.

QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/


QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/


QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/


QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/


QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/


QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/


QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/


QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/


QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib/



İnform.az

Baxış sayı: 87