Diaspora Akademiyası
11.12.2018 / 11:10

Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib/ FOTO

Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi  keçirilib/Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə Ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a vüerilən məlumata görə, tədbir Ümummilli liderin büstü önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb.

Daha sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Sonra isə ümummilli liderin həyat və fəaliyyəti barədə qısa informasiya verərək Azərbaycan diasporunun formalaşması və inkişafında dahi şəxsiyyətin əvəzedilməz rolundandanışıb.

Anım mərasimində Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş etdirilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, diaspor fəalı Akif Gülməmmədov, Ukrayna Ali Radasının deputatı Georgi Meperişvili, Yəhudi diasporunun rəhbəri Roksana Qomarnik, Vişneva şəhərinin deputatı Artyom Qlinskiy, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, Ukrayna Azərbaycan Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və digərləri çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıblar.

Tədbirdə ümummilli liderin Ukrayna-Azərbaycan münasibətlərinin formalaşması və inkişafında rolu, Ukrayna dövlətinə xüsusi əhəmiyyət verməsi, Ukraynada Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açılıb.Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov gələn il Ukraynada ümummilli liderin xatirəsinə kikboks turnirinin keçiriləcəyi barədə iştirakçılara məlumat verib. Anım mərasimi diaspor rəhbərləri və fəallarının dahi Heydər Əliyev haqqında xatirələrinə dair fikir mübadiləsi ilə davam edib.

Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi  keçirilib/


Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi  keçirilib/


Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi  keçirilib/


Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi  keçirilib/


Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi  keçirilib/



İnform.az

Baxış sayı: 237