Dünya
30.07.2015 / 22:47

Qarsda dəmir yolu partladılıb

Qarsda dəmir yolu partladılıb

Bu gün Türkiyənin Ərzurum şəhərindən Qarsa gedən yük qatarı Köhnə Soğanlı stansiyasına girən zaman PKK terrorçuları tərəfindən relslərə qoyulan bomba işə düşüb.

Xəbəri “Anadolu” agentliyi yayıb. Xəbərə görə, partlayış qatar stansiyadan keçdikdən sonra baş verdiyindən vaqonlara ciddi ziyan dəyməyib.

Lakin dəmiryol xətti sıradan çıxıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 293