Rəsmi, Baş xəbər
10.12.2018 / 17:10

Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adlar verilib

Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adlar verilibPrezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq artisti”


Əliyeva Lətifə Cahandar qızı

Novruzova Nübar Qulu qızı

“Əməkdar artist”


Abdullayeva Mehriban Abdulla qızı

Əsədov İlham Əsəd oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Şərifova Güşvər Fətulla qızı

“Əməkdar mədəniyyət işçisi”


Rəhimli Rafiq Səfər oğlu.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Qasımov Tariel İsgəndər oğlu

“Tərəqqi” medalı ilə

Babayeva Məsumə Mustafa qızı

Babayeva Sona

Əliyev Rahib Səyidağa oğlu

Əsədov İsa Qadir oğlu

Hüseynova Kəmalə Müzəffər qızı

Muradxanlı Ələsgər Calal oğlu.



İnform.az

Baxış sayı: 70