İdman
10.12.2018 / 14:30

Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan Çempionatının final mərhələsi keçiriləcək- KİV-nin nəzərinə!

Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan Çempionatının final mərhələsi keçiriləcək-11 dekabr 2018-ci il, saat 11:00-da “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan Çempionatının açılış mərasimi keçiriləcək.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə layihəsi olan Xəmsə” Milli İntellektual Oyununa ölkənin 22 şəhər və rayonundan 32 komanda qatılıb.

Xatırladaq ki, "Xəmsə" Milli İntellektual Oyunu artıq 11 ildir ki ölkəmizdə həm yeniyetmə, həm də gənclər arasında keçirilir. Ötən illər ərzində "Xəmsə" oyununda minlərlə insan iştirak etmişdir. Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. yarımbəndinə (gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi) uyğun olaraq keçirilir.

Artıq beynəlxalq status daşıyan "Xəmsə" layihəsi, dünyanın 18 ölkəsinin 52 şəhərində keçirilir.

"Xəmsə" oyunu üzrə yeniyetmə və gənclər arasında birincilik və ölkə çempionatları ilə yanaşı, həmçinin, müxtəlif tematik yarışlar və Dünya Çempionatı da gerçəkləşdirilir.



İnform.az

Baxış sayı: 240