Maqazin
10.12.2018 / 11:30

"Bu mükafatı ilk gətirən Röyanı unutmayın"- Röya Ayxan

 "Bu mükafatı ilk gətirən Röyanı unutmayın"-Əməkdar artist Röya Ayxan "Altın kelebek" mükafatlandırma gecəsindən yazıb.

Axşam.az-ın məlumatına görə, müğənni ötən il mükafatlandlırma gecəsindəki çıxışını paylaşaraq bunları qeyd edib:

"Əminəm ki, hər il bunu bizə yaşadan layiqli və istedadlı biri olacaq. Qəbul edin ki, sizi ürəkdən təmsil edirəm və qeyd edim ki, tək Allah şahiddir, can atmadan bütün gözəlliklər önümə çıxır. Media bu mükafatı ilk gətirən Röyanı unutmasın".

Xatırladaq ki, bu il “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyasına xalq artisti Aygün Kazımova layiq görülüb.



İnform.az

Baxış sayı: 165