Gündəm, Hüquq
10.12.2018 / 11:03

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbÖtən gün Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan Asəf Qafarov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Qafarovun yaşadığı evdən isə daha çox - çəkisi 5 kiloqram 150 qram olan marixuana da polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



İnform.az

Baxış sayı: 67