Maqazin
10.12.2018 / 10:45

"İlin qadın müğənnisi" Aygün Kazımova/Video

"İlin qadın müğənnisi"
Türkiyədə "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutub.

İnform.az axşam.az-ın xəbərinə istinadən bildirir ki, artıq bəzi qaliblərin adı məlum olub. Onların arasında xalq artisti Aygün Kazımova da var.

O, “Azərbaycanda ilin qadın müğənnisi” mükafatına layiq görülüb.

Mükafatı sənətçiyə saç ustası Öndər Triyaki təqdim edib. Mükafatı alan A.Kazımova sözləri ilə zalda əyləşənləri güldürüb:

"Çox danışmayacam. İki dəfə namizəd oldum, amma ala bilmədim. Mənə səs verən və buraya gətirən həmvətənlərimə təşəkkür edirəm. Sizə də bu cür "kelebek" mükafatınız olduğu üçün çox sağ ol deyirəm".

Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli də olub. Lakin Kazımova Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib.





İnform.az

Baxış sayı: 191