Baş xəbər, Hüquq
07.12.2018 / 18:15

Gənc əsgərlər and içdilər/ FOTO

Gənc əsgərlər and içdilər/
Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış 199 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib.

Dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilmiş, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.

Tədbirdə çıxış edən Mühafizə Alayının komandiri, ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov gənc əsgərlərə Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı cənab Ceyhun Həsənovun təbriklərini və tövsiyyələrini çatdırıblar.

Çıxış edən əsgərlər və valideynləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın hər əmrinə hazır olduqlarını bildiriblər.

Daha sonra şəxsi heyətin marş sədaları altında təntənəli hərbi keçidi izlənilib.

Tədbirin sonunda Mühafizə alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını qonaqlar qarşısında nümunəvi çıxışlarla nümayiş etdirilib.

Gənc əsgərlər and içdilər/


Gənc əsgərlər and içdilər/




İnform.az

Baxış sayı: 260