Elm-təhsil
07.12.2018 / 17:15

Azərbacan İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb/ FOTO

Azərbacan İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb/
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) yaradılmasına həsr edilmiş tədbir keçirilib.

Aİİ rəhbərliyinin, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə TEC-in məqsəd və gələcək perspektivləri müzakirə olunub.

İnstitutun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, İnstitutdatələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminarlar və görüşlər təşkil olunur.

Rektor qeyd edib ki, qarşıda duran vacib vəzifələrdən biri tələbələri elmi fəaliyyətəistiqamətləndirmək, bu yöndə onların fəallığına nail olmaqdır.İnstitut rəhbəri, həmçinin qeyd edib ki, TEC-də potensialı yüksək və elmi araşdırmalara marağı olan tələbələrin aşkar edilib elmi aktivliyə cəlb olunması əsas məqsədlərdəndir.

C.Məmmədov bildirib ki, tələbələrin elmi araşdırmaları ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün onların professor-müəllim heyəti ilə qarşılıqlı əlaqələrinigücləndirmək lazımdır.

Tədbir çərçivəsində Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov iştirakçılara TEC-in strukturu və fəaliyyəti barədə məlumat verib.

TEC-invəzifələri haqqında danışan A.Qafarov qeyd edib ki, Cəmiyyəttələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması,onlardaelmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməlolaraq mənimsənilməsinə köməklik göstərilməsi kimi məsələləriöhdəsinə götürür.

Tədbir işirakçılarının səsverməsi iləAİİ üzrə TEC-in sədri Nicat Ehtibaroğlu, müavinləri isə Emin Orucov və ElnarəAğaoğlu seçilib.

Tədbirdə,həmçinintəşkilatın gələcək fəaliyyəti müzakirə olunub.

Azərbacan İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb/


Azərbacan İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb/




İnform.az

Baxış sayı: 155