Din
07.12.2018 / 17:32

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir/ FOTO

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir/
Dünən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Astara rayonu Təngərüd kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Astara rayonu Maşxan kənd tam orta məktəbində tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, “Dinimiz radikalizm və ekstremizmə qarşıdır” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Maşxan kənd tam ortaməktəbinin direktoru Bəylər Həsənov, Təngərüd kənd məscidi dini icmasının sədri Vahid Allahverdiyev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəylər Həsənov çıxışında keçirilən maarifləndirmə tədbirlərinin önəmini vurğulayıb. B.Həsənov İslam dininin xeyirxahlıq və mərhəmət dini kimi, insanları sülhə və həmrəyliyə dəvət etdiyini bildirib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında dinimizin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Yüksək əxlaqi və mənəvi dəyərləri özündə ehtiva edən İslam dininin humanizm prinsiplərinə söykəndiyini, xurafat, fanatizm, dini radikalizmvə ekstremizm kimi mənfi meyillərə qarşı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təngərüd kənd məscidi dini icmasının sədri Vahid Allahverdiyev və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir/


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir/


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə davam edir/




İnform.az



Baxış sayı: 196