Hüquq
07.12.2018 / 16:10

"Abşeron gömrük postuna hər hansı təyinat olmayıb"- DGK

"Abşeron gömrük postuna hər hansı təyinat olmayıb"-Bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində əsassız və yalan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir.



İnform.az





Baxış sayı: 171