Hüquq
07.12.2018 / 16:00

Məqsəd təhlükəsiz hərəkərtin təmin olunmasıdır- Reydlər davam edir/Foto

Məqsəd təhlükəsiz hərəkərtin təmin olunmasıdır-Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reyd keçirib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundani İnform.az-a verilən məlumata görə Reydin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, kobud qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq idi.

Reyd zamanı 20-yə yaxın sürücü barəsində inzibati tədbirlər görülüb ki, onların arasında sərxoş sürücülər də olub. Bununla yanaşı reyd zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərə, ötmə və manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb və həmin qayda pozuntularına yol verən sürücülər barəsində inzibati protokol tərtib edilib.

Yollarda sürücülərin və sərnişinlərin təhülkəsizliyinin təmini məqsədini daşıyan bu cür reydlər bundan sonra da davam etdiriləcək.

Məqsəd təhlükəsiz hərəkərtin təmin olunmasıdır-


Məqsəd təhlükəsiz hərəkərtin təmin olunmasıdır-





İnform.az

Baxış sayı: 166