İdman, Elm-təhsil
07.12.2018 / 15:00

GDU-nun futzal komandası ali məktəblər arasında keçirilən çempionatın qalibi olub/ FOTO

GDU-nun futzal komandası ali məktəblər arasında keçirilən çempionatın qalibi olub/
Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futzal üzrə respublika çempionatı keçirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən İnform.az-a verilən məlumata görə, universitetin komandası da bu çempionatda iştirak edib.

Baş məşqçi Tural Əliyevin rəhbərliyi ilə çempionata qatılan komanda ilk mərhələdə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Komanda yarımfinalda Memarlıq ve İnşaat Universitetinin futzal komandasını məğlub edərək finala yüksəlib.

Finalda isə Pedaqoji Universitetin futzalçıları üzrərində üstünlüyünü təmin edən komanda ali məktəblər arasında respublika çempionu olub.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin futzal komandası Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən yarışlarda 2015-ci ildə 3-cü yeri, 2017-ci ildə isə 2-ci yeri tutub.

GDU-nun futzal komandası ali məktəblər arasında keçirilən çempionatın qalibi olub/




İnform.az

Baxış sayı: 164