Hadisə
07.12.2018 / 13:05

Penitensiar xidmətin əsgəri silahla ehtiyatsız davrandı və...

Penitensiar xidmətin əsgəri silahla ehtiyatsız davrandı və...6 noyabr 2018-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılan atəşdən xəsarət alıb.

İnform.az-ın xəbərinə görə, bu barədə KİV-ə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən rəsmi açıqlama verilib.

Açıqlamaya görə, əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilmişdir.

Hal-hazırda əsgər O.Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır.

Faktla bağlı Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.




İnform.az

Baxış sayı: 54