Baş xəbər, Siyasət
07.12.2018 / 13:10

Naxçıvan Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi təsdiqlənib- SİYAHI

Naxçıvan Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi təsdiqlənib-Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi təsdiq edilib.

İnform.az Report-un məlumatına istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yaradılması haqqında fərman imzalayıb.

Şuranın tərkibinə aşağıdakı şəxslər daxil edilib:

1.Əli Həsənov - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri

2.Cəlil Rüstəmov
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

3.Gözəl Şahməmmədova - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri

4.İsmayıl Qəribli - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri

5.Əhliman Xıdırov - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimi

6.Sənan Qarayev
- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati-iqtisadi kollegiyasının hakimi

7.Aytən Məmmədova - Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

8.Ayaz Məhərrəmov - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının Qanunvericilik bölməsinin rəisi.



İnform.az

Baxış sayı: 97