Siyasət
07.12.2018 / 13:00

"Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər"- Oqtay Əsədov

"Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər"-"Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin barəsində çox şey demək olar. Zatulin Dövlət Dumasının üzvü olmamışdan öncə də Azərbaycana qarşı düşmən mövqe tutan insanlardan biri idi".

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, K.Zatulin həmişə erməni diasporunun dəstəyi ilə çalışıb: “Parlamentə seçildiyi regionda da erməni diasporu ona dəstək verib”

Spiker qeyd edib ki, “Lazarev klubu”nda bir neçə rusiyalıdan başqa erməni mənşəllilər təmsil olunur: “Lazarevin kökü də erməni olub. O vaxt Azərbaycanda qırğınlar törədənlərdən biri olub. Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər. Mən artıq Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.



İnform.az

Baxış sayı: 186