Elm-təhsil
07.12.2018 / 12:37

Ali təhsil ocağında kitab təqdimatı keçirilib/ FOTO

Ali təhsil ocağında kitab təqdimatı keçirilib/
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Sosial sahələrin iqtisadiyyatı” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, respublikada sosial infrastruktur sahələrinin inkişafı üçün zəruri şərait mövcuddur. Bu ilk növbədə güclü iqtisadi, elmi-texniki, kadr və digər potensialların mövcudluğundan qaynaqlanır.

Kitab haqqında fikirlər dinlənilib. Nəzərə çatdırılıb ki, təqdim olunan dərs vəsaitində real təqdiqatlar əsasında respublikada sosial sahələrin iqtisadiyyatı, onun büdcə, sahibkarlıq və maliyyə istiqamətləri, sosial infrastruktur anlayışı və xidmət sahələri geniş təhlil olunur. Burada ölkənin bütövlükdə və onun ayri-ayri regionlarının sosial sahələrinin müasir vəziyyəti və perspektiv istiqamətləri və bir sıra digər mövzulara diqqət ayrılır.

Dərs vəsaiti iqtisad profilli ali məktəblərin bakalavr təhsil mərhələsinin tələbələri üçün nəzərdə tutulub. Eyni zamanda ondan aspirantlar, müəllimlər, elmi işçilər və digər maraqlanan şəxslər də faydalana bilər.

Kitabın müəllifi, iqtisad üzrə fəlsəfə doktoru Həvva Adgözəlova kitabın məğzindən söhbət açaraq sosial sahələrin iqtisadiyyatının mahiyyəti, əsas istiqamətləri, sosial infrastruktur anlayışı, həyat səviyyəsinin, gəlirlərin tənzimlənməsi, planlaşdırılması kimi mövzuların kitabda yer aldığını nəzərə çatdırıb. Qeyd olunubki,2 fəsil 6 paraqrafdan ibarət olan kitabın fərqli xüsusiyyəti daha çox Naxçıvanda sosial sahələrin idarə olunması, inkişafı, göstəricilərindən bəhs etməsidir.

Müəllif universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.

Ali təhsil ocağında kitab təqdimatı keçirilib/


Ali təhsil ocağında kitab təqdimatı keçirilib/




İnform.az



Baxış sayı: 128