Hüquq
07.12.2018 / 12:00

Polis əməliyyat və profilaktiki tədbirləri davam etdirir

Polis əməliyyat və profilaktiki tədbirləri davam etdirirQanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qüdasar kənd sakinləri Qəhrəman Həşimovun evindən 1 ədəd “TOZ-16”, qardaşı Məmmədin evindən 1 ədəd “İJ-18” və Sarvan Həşimovun evindən 1 ədəd “İJ-17” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 225