Hadisə
07.12.2018 / 11:55

Avtomobillə vurulan təmizlik işləri aparan qadın əməliyyat zamanı ölüb

Avtomobillə vurulan təmizlik işləri aparan qadın əməliyyat zamanı ölübBakıda naməlum avtomobilin vurduğu təmizlik işləri aparan qadın dünyasını dəyişib.

İnform.az-ın xəbərinə görə, 3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə Muradova Almaxanım Pirağa qızı dekabrın 6-da əməliyyat zamanı dünyasını dəyişdiyi bildirilib: "Xəstənin vəziyyəti olduqca ağır idi. Xəstə əməliyyata götürüldü və əməliyyat zamanı dünyasını dəyişdi".

Xatırladaq ki, dekabrın 6-da səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında ərazidə təmizlik işləri aparan qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.



İnform.az

Baxış sayı: 50