Baş xəbər, Sosial
07.12.2018 / 10:55

Bu küçədə hərəkət məhdudlaşdırılır- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Bu küçədə hərəkət məhdudlaşdırılır-Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, Asan xidmət mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq .

Bu barədə İnform.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Agentlik Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.



İnform.az

Baxış sayı: 110