Hüquq
07.12.2018 / 10:15

Brakonyerlər saxlanılıblar- Biləsuvarda

Brakonyerlər saxlanılıblar-Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Cənnət Zamanov, Ruxi Hüseynovvə Zərdab rayon sakini Cavid Sadıqov olduğu müəyyən edilib vəonlardan ov tüfəngləri götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq edilib.



İnform.az

Baxış sayı: 117