İdman
06.12.2018 / 17:40

"Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm"- Larisa Aulina

"Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm"-Gəncə-Naftalan sağlamlıq mərkəzinin məşqçisi Larisa Aulina il ərzində keçirilən tədbirlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

İnform.az-ın xəbərinə görə, məşqçi Trend-ə əlavə olaraq bunları deyib:

“Mən il ərzində keçirilən tədbirlərə - yarışlar, ustad dərsləri, seminarlara görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm. Bu, bizim ustalığımızın artması və gimnastlara dəstək üçün böyük əhəmiyyət daşıyır. Keçirilən yarışlar isə uşaqlarda böyük həvəs yaradır”.

L.Aulina vurğulayıb ki, Gəncə AGF tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir:

“Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci Bölgələrarası kubokda iştirak üçün biz ən istedadlı uşaqları seçmişik. Yarışda bizim 11 gimnastımız çıxış edir. Ümid edirik ki, Gəncəni layiqincə təmsil edəcəyik".



İnform.az

Baxış sayı: 22