Elm-təhsil
06.12.2018 / 16:37

AMEA Fizika İnstitutu yüksək mükafata layiq görülüb/ FOTO

AMEA Fizika İnstitutu yüksək mükafata layiq görülüb/
Dekabrın 5-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatları təqdim edilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu elmi-tədqiqat institutları arasında “Web of Science”də əsas nəşr lideri nominasiyası üzrə super mükafata layiq görülüb.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, bundan başqa, tədqiqatçılar arasında təbiət elmləri üzrə ən məhsuldar müəlliflər nominasiya üzrə AMEA Fizika İnstitutunun “Kristalloqrafiya” laboratoriyasının böyük elmi işçisi Ziya Əliyev, “Yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru Fərhad Xəlilzadə mükafata layiq görülüblər.

AMEA Fizika İnstitutu yüksək mükafata layiq görülüb/


AMEA Fizika İnstitutu yüksək mükafata layiq görülüb/


AMEA Fizika İnstitutu yüksək mükafata layiq görülüb/




İnform.az



Baxış sayı: 33