Din
06.12.2018 / 16:18

“Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı” mövzusunda tədbir keçirilib- FOTO

“Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı” mövzusunda tədbir keçirilib-
Dünən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonu Bırkandul kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” adlı layihə çərçivəsində “Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı” mövzusunda tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, Lerik rayonu Çayrud kənd məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik RİH başçısının Çayrud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini İlkin Hüseynov, ağsaqqallar və dindarlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında xalqımızın zəngin milli-mənəvi dəyərləri haqqında danışıb. A.Həsənov qeyd edib ki, milli ideologiyamız, mədəniyyətimiz, mənəvi dəyərlərimiz təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın-dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirilməlidir.

Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxışındabildirib ki, bu gün Azərbaycan müasir, inkişaf edən dövlət olmaqla yanaşı, həm də öz köklərinə sıx bağlı olan ölkədir. Natiq müasir dövrdə ən aktual problemlərdən biri olan qloballaşma prosesində milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.

Lerik RİH başçısının Çayrud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini İlkin Hüseynovvə digərləri çıxışlarında ölkəmizdə mövcud olan yüksək tolerantlıq ənənələrinin məhz bizim mənəvi dəyərlərimizdən qaynaqlandığını qeyd ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı” mövzusunda tədbir keçirilib-


“Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı” mövzusunda tədbir keçirilib-




İnform.az

Baxış sayı: 50