İdman
06.12.2018 / 16:05

Sərbəst güləşçilər "Alans" turnirində yarışacaq

Sərbəst güləşçilər "Alans" turnirində yarışacaqDekabrın 7-dən 9-dək Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə "Alans" turniri keçiriləcək.

AGF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif Şərifov, Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) və Aslanbek Alborov (97 kq) yarışda ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, çempionlar 5000, yalnız finalda məğlub olanlar 2000, bürünc medalın sahibləri üçün 1000 dollar pul mükafatına sahib çıxacaq.



İnform.az

Baxış sayı: 23