Sosial
06.12.2018 / 15:10

ETSN əməkdaşlarının Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşü keçirilib

ETSN əməkdaşlarının Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşü keçirilibBinəqədi rayonu ərazisində ekoloji vəziyyətin təhlili və bu sahədə olan çatışmazlıqların aradan qaldırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşü keçirilib.
Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşdə Binəqədi rayonunda mövcud olan ekoloji problemlər və onların həlli istiqamətində müzakirələr aparılıb.

Əsasən metallurgiya müəssisələrinin, ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosfer havasına atılan tullantıların qarşısının alınması, bərk məişət tullantılarının düzgün idarə olunması,yeni yaşıllıq massivlərinin salınması üçün boş torpaq sahələrinin ayrılması hesabına yaşıllıq sahələrininmiqyasının ümumi rayon ərazisinin 20 faizinə çatdırılması vəquru ağacların yerində yenilərinin əkilməsi məsələləri müzakirə olunub.

Belə görüşlərin digər rayonların İcra Hakimiyyətləri ilə də keçirilməsi nəzərdə tutulub.



İnform.az

Baxış sayı: 22