İqtisadiyyat
06.12.2018 / 12:44

İki nazirlik sahibkarlar üçün təqdimat keçirib

İki nazirlik sahibkarlar üçün təqdimat keçiribEkologiya və Təbii Sərvətlər Nazirliyi İqdisadiyyat Nazirliyi ilə birgə mövcud sənaye əhəmiyyətli qeyri-filiz xammal ehtiyatları, onlardan səmərəli istifadə və tətbiqi sahələri ilə bağlı sahibkarlar üçün təqdimat keçirib.

Nairliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, təqdimat mərasimində Respublika ərazisində mövcud qeyri-filiz, mineral xammal ehtiyatlarının miqdarı, yerləşmə əraziləri, istismar imkanları və tətbiq sahələri barədə məlumat verilib.

Sahibkarlara qeyri-neft sektorunun inkişaf etdirilməsi, regionların dayanıqlı inkişafının təmin olunması məqsədi ilə istismara cəlb edilə biləcək xammal ehtiyatlarının xarakteristikasını, sənayedə əhəmiyyətini əks etdirən materiallar təqdim olunub.

Tədbirdə məlumat verilib ki, inşaat materialları kimi istifadə edilən qum-çınqıl, əhəngdaşı, qum, gil mineral xammal ehtiyatları ümumi mineralxammal bazasının təqribən 50 faizini əhatə edir ki, bunların da bir qismində istismar işləri həyata keçirilir.

Sənayedə istifadə olunan seolit, kükürd, barit, xörək duzu, daş kömür, mineral boyalar, şüşə xammalı, əlvan daşlarvə bu kimi digər faydalı qazıntı ehtiyatlarının istismarına da geniş şəraitin olduğu görüş iştirakçılarının diqqətinə çatdırılıb.



İnform.az


Baxış sayı: 35