Elm-təhsil
06.12.2018 / 12:36

Aİİ-də “İnsan niyə tükənir?” mövzusunda təlim keçirilib/ FOTO

Aİİ-də “İnsan niyə tükənir?” mövzusunda təlim keçirilib/
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yazıçı-psixoloq Rövşən Abdullaoğlunun təqdimatında “İnsan niyə tükənir?” mövzusunda təlim keçirilib.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində Azərbacan İlahiyyat İnstitutunun müxtəlif mövzularda təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlər xüsusi rol oynayır.

Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən İ.Əlimuradov mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə vaxtın idarə olunması, zaman itkisinə səbəb olan amillərin ortaya çıxarılması və aradan qaldırılması, iş planının düzgün tərtibi, gənclərə məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Yazıçı-psixoloq Rövşən Abdullaoğlu “İnsan niyə tükənir?” mövzusunda çıxış edərək bildirib ki, təlimin əsas məqsədi tükənmə sindromunun əlamətləri və onunla mübarizə yollarıdır. O bildirib ki, özünü hər gün narahat və yorğun hiss edən, tez hirslənən, həyatından və işindən zövq ala bilməyən insanlar tükənmə sindromundan əziyyət çəkirlər.

Psixoloq insanlarla daha çox ünsiyyət qurulan işlərdə bu sindromun yaşanma risqinin yüksək olduğunu qeyd edib.

O, tükənmə sindromunu aradan qaldırmağın mümkün olduğunu vurğulayıb. Yazıçı-psixoloq “Nə baş verir?”, “Mən nə istəyirəm?”, “İstəklərimi necə yerinə yetirə bilərəm?”, “Hansı alternativlərim var?” tipli suallara cavab tapmaqla sindromu müalicə etməyin mümkünlüyünü bildirib.

Tələbələrin və qonaqların qatıldığı təlim maraqlı müzakirələrlə davam edib.

Aİİ-də “İnsan niyə tükənir?” mövzusunda təlim keçirilib/


Aİİ-də “İnsan niyə tükənir?” mövzusunda təlim keçirilib/




İnform.az


Baxış sayı: 47