Hərbi
06.12.2018 / 10:05

"“Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb"- Müdafiə Nazirliyi

"“Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb"-Son günlər müxtəlif KİV-lərdə “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə məlumatlar yayılıb.

Bu məsələylə bağlı Müdafiə Nazirliyinin Mətbuat xidmətindən İnform.az-ın sorğusuna cavab olaraq bildirilib:

“Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə olunması niyyətimiz də olmayıb.

Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket kompleslərindən istifadə edilir”.



İnform.az

Baxış sayı: 27